Abşeron-Xızı regional təhsil idarəsinin İnzibati təşkilat sektoru tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş təşkil edib.
Abşeron-Xızı regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, görüşdə idarənin əməkdaşları tərəfindən kadr məsələləri, hüquqi prosedurlar, ictimaiyyətlə əlaqələrin təşkili və vətəndaş müraciətlərinə operativ, düzgün cavab verilməsi ilə bağlı ətraflı məlumat təqdim olunub.
Müzakirələr zamanı məktəb direktorlarının sualları dinlənilib, onların təklif və rəyləri nəzərə alınıb. Onlayn görüş qarşılıqlı fikir mübadiləsi şəraitində səmərəli şəkildə başa çatıb.