29 sentyabr 2025-ci il tarixində Tovuz rayonunda “Məktəblərdə zorakılıq hallarının qarşısının alınması” mövzusunda tədbir təşkil olunub.
Qazax - Tovuz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə Tovuz rayon Polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Tovuz rayonlararası qeydiyyat və imtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə sektor müdiri Aysel Quliyeva, eləcə də polis əməkdaşları, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəb psixoloqları iştirak ediblər.
Görüş zamanı məktəblərdə təhlükəsiz davranış qaydaları, şagirdlər arasında bullinqin qarşısının alınması, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə, həmçinin fiziki zorakılığın aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub.