Təhsil 365 - Logo Mobile

MDU tələbələri “Azərbaycan İES” MMC-də təcrübə dərsi keçiriblər

10830.09.2025 - 15:00
MDU tələbələri “Azərbaycan İES” MMC-də təcrübə dərsi keçiriblər

Mingəçevir Dövlət Universitetinin Energetika mühəndisliyi ixtisasında təhsil alan EnM24 qrupunun tələbələri növbəti dərslərini “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin Tədris Mərkəzində keçiriblər.

Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, dərs MDU-nun Energetika kafedrasının müəllimi və müəssisənin əməkdaşı Qədir Məmmədli tərəfindən “Elektrik maşınları” fənnindən “Transformator və rejimləri” mövzusunda aparılıb.

Universitet–sənaye əməkdaşlığı çərçivəsində təşkil olunan bu praktiki dərslər tələbələrin biliklərinin möhkəmləndirilməsinə və istehsalat mühitində peşə bacarıqlarının inkişafına xidmət edir.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...