Təhsil 365 - Logo Mobile

Peşə təhsili müəssisələrinin siyahısı genişləndirildi-yeni mərkəzlər əlavə olundu

8230.09.2025 - 11:10
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirildi-yeni mərkəzlər əlavə olundu

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin və digər qurumların siyahısı genişləndirilib.

"Tehsil365" in əldə etdiyi məlumata görə, bununla bağlı nazirliyin kollegiyasının qərarında dəyişiklik edilib.

Belə ki, dəyişikliklə Balakən Dövlət Peşə Təhsil Mərkəzi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Füzuli Dövlət Peşə Təhsil Mərkəzi və Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi həmin siyahıya əlavə edilib.

Bundan başqa, bəzi peşə təhsili liseyləri və məktəbləri siyahıdan çıxarılıb.

Eyni zamanda siyahıda olan Ağcabədi Peşə məktəbinin adı dəyişdirilərək Nəcəf Qüdrət oğlu Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi kimi qeyd olunub.

Rəvanə Rəsulova

Новостная лента

На данный момент новостей в ленте нет...