Sentyabrın 29-da Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya və zərərli vərdişlərin fəsadları” mövzusunda maarifləndirici seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, seminar Gədəbəy Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, rayon gənclər və idman, təhsil sektorları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz Regional bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.
Seminarda şəhərin ümumtəhsil məktəblərinin, liseyin müəllimləri, şagirdləri və gənclər iştirak ediblər.
Çıxışlarda narkomaniya və digər zərərli vərdişlərin cəmiyyətə və gənclərə vurduğu zərərlər, dini radikalizmin fəsadları, həmçinin erkən nikah hallarının qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb.
Seminarda 160 nəfər iştirak edib.