Təhsil 365 - Logo Mobile

Kolleclərdə yeni təyinatlar kollektivə təqdim olunub

10201.10.2025 - 14:12
Kolleclərdə yeni təyinatlar kollektivə təqdim olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

“Tehsil365” xəbər verir ki sentyabrın 22-də Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində, sentyabrın 30-da isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində yeni təyinatlar kollektivə təqdim olunub.

Təqdimat mərasimlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov, Orta ixtisas təhsil müəssisələri ilə iş sektorunun müdiri Zeynəb Hüseynova, həmçinin kolleclərin pedaqoji heyəti iştirak ediblər.

Görüşlərdə yeni təyinatlarla bağlı fikirlər bildirilib, təhsil müəssisələrinin kollektivləri ilə qarşılıqlı müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Violetta Əhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...