Təhsil 365 - Logo Mobile

Qəbələdə “Milli ruhdan qidalanan sənətkarlıq növləri” adlı tədbir keçirilib

10601.10.2025 - 19:26
Qəbələdə “Milli ruhdan qidalanan sənətkarlıq növləri” adlı tədbir keçirilib

Qəbələ rayon Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Milli ruhdan qidalanan sənətkarlıq növləri” adlı tədbir keçirilmişdir. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri iştirak edib.

Tehsil365” xəbər verir ki, görüş zamanı iştirakçılara muzeyin yaranma tarixi, inkişaf strategiyası, qarşıya qoyulan məqsəd və vəzifələri barədə ətraflı məlumat təqdim olunub. Tədbirin əsas məqsədi gənclərdə milli mədəniyyətə marağın artırılması, sənətkarlıq ənənələrinin təbliği və tarixi irsimizin gənc nəslə daha yaxından tanıdılması olub.

Sonda tələbələr muzeyin fondunda saxlanılan eksponatlarla tanış olaraq milli sənət nümunələri barədə biliklərini daha da zənginləşdiriblər.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...