ABŞ-da ali təhsil müəssisələrinə qəbul olunan beynəlxalq tələbələrin sayında əhəmiyyətli azalma qeydə alınıb. Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilin payız semestrində bu göstərici 30–40 faizədək azala bilər.
“Tehsil365” xəbər verir ki, məlumatı “WLRN” radiostansiyası yayıb. Bildirilir ki, tələbə axınının azalması bir sıra universitetlərin büdcəsinə və yerli icmaların iqtisadi göstəricilərinə mənfi təsir göstərə bilər.
Ekspertlərin fikrincə, beynəlxalq tələbələrin sayındakı azalma ABŞ iqtisadiyyatına hər il milyardlarla dollar itki gətirə bilər. Qeyd olunur ki, bu tendensiyaya əsas səbəblərdən biri viza prosedurlarının mürəkkəbliyi və bəzi yeni inzibati məhdudiyyətlərdir.
Hazırda ABŞ Təhsil Nazirliyi və bir sıra ali təhsil müəssisələri vəziyyətin sabitləşdirilməsi və beynəlxalq tələbələr üçün daha əlverişli mühitin yaradılması istiqamətində tədbirlər görür.

