3-4 oktyabr 2025-ci il tarixlərdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində yeniyetmələr arasında yunan-Roma güləşi idman növü üzrə rayon turniri keçirilib.
“Tehsil365” xəbər verir ki, öncə Ümumilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
38 nəfər idmançının mübarizə apardığı birincilikdə müxtəlif çəki dərəcələrində I, II və III yerlərə layiq görülənlər müvafiq diplom və medallarla təltif edilib.
İdmançılarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.