Təhsil 365 - Logo Mobile

Cəlilabadda “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi boks tədbiri keçirilib

10805.10.2025 - 05:20
Cəlilabadda “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi boks tədbiri keçirilib

Oktyabrın 4-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında “İdman hamı üçün” layihəsi çərçivəsində açıq havada boks idman növü üzrə kütləvi idman tədbiri keçirilib.

Tehsil365” xəbər verir ki, tədbirdə 35 nəfər idmançı iştirak edib və müxtəlif yaş kateqoriyalarında bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar arasında həm peşəkar, həm də həvəskar idmançılar olub, gənclər arasında idmanın təşviqi məqsədilə yarışlar təşkil edilib.

Tədbir iştirakçıların sağlam həyat tərzinə marağını artırmaq və idmanın kütləviləşdirilməsinə töhfə vermək məqsədi daşıyıb.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...