Oktyabrın 4-5-də Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyinə həsr olunmuş “İgidlərin izi ilə” adlı qayaya dırmanma turniri keçirilib.
“Tehsil365” xəbər verir ki, turnirin ilk günü iştirakçılar Muxtar kəndindən Cıdır düzünə qədər piyada yürüş edərək igidlərimizin keçdiyi yollarla tanış olublar. Ertəsi gün keçirilən yarışda peşəkar və həvəskar komandalar Cıdır düzündə qayaya dırmanaraq öz bacarıqlarını nümayiş etdiriblər.
Yekun nəticələrə əsasən, “Şahmat” komandası birinci, “Pələnglər” ikinci, “Yarasa” komandası isə üçüncü yerə layiq görülüb.