Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında Azərbaycan paralimpiyaçıları uğurlu nəticələr göstəriblər. Paragüllə atıcılarımız Kamran Zeynalov və Aybəniz Babayeva qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma (P6) yarışında gümüş medal qazanıblar.
“Tehsil365” “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi”nə istinadən xəbər verir ki, bundan əlavə, Kamran Zeynalov 50 metr məsafəyə tapançadan atəş açma (P4) yarışında 221.6 xalla gümüş medala sahib olub.
Azərbaycan Milli Paralimpiya Komitəsi idmançılarımızı uğurlarından dolayı təbrik edir və gələcək yarışlarda da uğurlar arzulayır.