Təhsil 365 - Logo Mobile

Avstraliyada müəllim namizədlərinin imtahan nəticələri narahatlıq doğurur

6606.10.2025 - 15:48
Avstraliyada müəllim namizədlərinin imtahan nəticələri narahatlıq doğurur

Avstraliyada müəllim olmaq istəyən tələbələrin məcburi bilik və bacarıq imtahanı – LANTITE üzrə nəticələr təhsil ictimaiyyətində narahatlıq yaradıb. 2024-cü il üzrə statistikaya əsasən, rekord sayda namizəd bu testləri ilk cəhddə keçə bilməyib.

“Tehsil365” xəbər verir ki, bu barədə “The Advertiser” nəşri məlumat yayıb.

LANTITE (Literacy and Numeracy Test for Initial Teacher Education) imtahanı, müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin oxu‑yazı və riyaziyyat üzrə minimum standartlara cavab verib‑vermədiyini qiymətləndirmək məqsədi daşıyır. Nəticələrə görə, 2024-cü ilin ilk yarısında imtahana girənlərin əhəmiyyətli hissəsi uğursuz nəticə göstərib.

Mütəxəssislər bildirirlər ki, bu göstərici ölkədə müəllim hazırlığı proqramlarının keyfiyyətinə yenidən baxılması zərurətini gündəmə gətirir. Eyni zamanda, bəzi ekspertlər imtahanın tərkibi və strukturu ilə bağlı da suallar qaldırır.

Avstraliya Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama verərək, müəllim keyfiyyətinin artırılmasının prioritet məsələ olduğunu və imtahan nəticələrinin təhlil ediləcəyini bildirib.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...