Doğulduğumuz andan bəri həmişə kimlərinsə bizə qarşı sevgi, həyəcan, güvən dolu baxışlarını görürük. Yıxılırıq, ağlayırıq,gülürük həmişə də onların bizim yanımızda olduğlarını hiss edirik. Hər zaman qayğımıza qaldığlarını, çətin vəziyyətə düşəndə bizimlə bərabər üzülmələrini, xoş bir xəbər aldığda eyni anda sevincimizi paylaşdığımızı görürük.
Bəs sizcə onlar kimdirlər? Kimdir bizi bizdən də çox sevən insanlar? Axı kimdir bu insanlar? Uğurumuzu öz uğurları kimi bilən, paylaşan, sevinən insanlar. Həmçinin, əziyyətlə bizi boya-başa çatdıran, hər çətinlikdə yanımızda olan,ağlayanda güldürən insanlar kimdirlər axı?Bu sualın cavabını bəzi adamlar sözdə bilir, bəzi adamlar isə hiss edir. O məfhum ki hər kəs ona sahib olmur. Və yaxud hər kəs onun nece olduğunu dərk etmir. Çoxları çətinə düşəndə yadına salır, çoxları sevinəndə, çoxlarının isə bu məfhum hələ də qapılarını çalmayıb. Səbəblər isə təbii ki, müxtəlifdir.
Ailə-sözdə deyil qəlbdə görünən sevgidir!
Cəlil Məmmədquluzadə deyir-, Ailə - millətin kiçik bir surətidir. Doğrudur! Ailə kiçik bir evdir, lakin 4 divardan yox sevgiylə bəzədilmiş otaqlardan, gülüşlərdən, güvən dolu gözlərdən ibarət olan bir yuvadır ailə!
Bəzi insanlar düşünürlər ki, ailə yalnız ana, ata, övladdan ibarətdir. Yəni zənn edirlər ki, övlad olandan sonra sadəcə kiçik bir ailə yaranır və həyat eledə davam edir.. Lakin bu belə deyil. Çünki ailə yalnız sevincdə və yaxud yalnız kədərdə görsənmir. Ailə gözlərdə hiss edilir. Atanın, ananın övladının hərəkətinə sevgi dolu gözlərlə baxmasında görsənir. Həyat yolumuzda seçim qarşısında qaldıqda gözə görsənir. İlk addımlarımızı atdığımız zaman o sevinc dolu, gülən gözlərdə görsənir ailə! Nəyəsə ehtiyacımız olduqda, lakin anadan və yaxud atadan başqa heç kəsə deyə bilmədikdə görsənir ailə. Hər zaman həyatını bizə sərf edən, zəhmətkeş əlləriylə yuvaya yemək gətirən, övladının sevincini öz sevinci kimi yaşayan valideynlərin inam dolu gözlərində görürük ailəni!
Doğrudur cəmiyyətdə problemlər yaşandığı kimi ailədə də problemlər yaşanır. Amma həyatını övladına sərf edən valideynlər münaqişəni ört-basdır edərək örtəndə yaranır bir növ ailə. İşdən evə gələndə yorğun olmasına baxmayaraq bizi qucaqlayan, sevgisini hiss etdirən zəhmətkeş valideynlərin baxışlarında görürük ailənidə, sevginidə.
Xülasə, həyat qarşımıza nə qədər çətinliklər çıxarsa belə biz onları unutmamalıyıq.Dostun və ya başqa adamların yerini hökmən əvəz edən biriləri olacaq, lakin valideynlərin isə heç vaxt. Əsla heç bir şəxs bizi valideynlərimiz kimi sevə bilməyəcək.
Sevin, sevilin, lakin ana və atanı-ailəni unutmayın unutmayın ki, onlar bizi evdə gözləyən doğma bir yuvadırlar.

