Təhsil 365 - Logo Mobile

İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyasına start verildi - FOTO

6707.10.2025 - 13:37
İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyasına start verildi - FOTO

Ölkəmizdə ənənəvi olaraq keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” layihəsi bu il də start götürüb. Layihə İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Tehsil365” “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi”nə istinadən xəbər verir ki, oktyabrın 4-də layihənin açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, İƏGF Avrasiya Regional Mərkəzi İdarə heyətinin sədri Elçin Əsgərov və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov çıxış ediblər. Açılış mərasimində qonaq spiker qismində Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, Azərbaycan Respublikasındakı diplomatik korpusun duayeni Məhəmməd Adil Embarş “Qlobal məsələlərdə beynəlxalq təşkilatların rolu: Mərakeşin xarici siyasət prioritetləri və Azərbaycanla əlaqələr” mövzusunda çıxış edib.

Layihədə iştirak üçün müsahibə əsasında 600-dən çox gənc müraciət edib və onlardan mövzuya uyğun bilikləri və xarici dil bacarıqları ilə fərqlənən 100 nəfər seçilib. Qeyd edək ki, 6 həftə davam edəcək İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, azərbaycanlı rəsmilər və sahə üzrə ekspertlər beynəlxalq münasibətlər, dövlət quruculuğu, islam sivilizasiyası, İƏT-in dünyadakı rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzularda məruzələrlə çıxış edəcəklər.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...