Təhsil 365 - Logo Mobile

Salyanda voleybol idman növü üzrə rayon birinciliyi keçirilib

10408.10.2025 - 10:43
Salyanda voleybol idman növü üzrə rayon birinciliyi keçirilib

Salyanda "Konstitusiya və Suverenlik ili" çərçivəsində "18 Oktyabr-Müstəqilliyin Bərpası Günü"nə həsr edilmiş ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

"Tehsil365” xəbər verir ki, 8 oktyabr Salyan şəhər 9 nömrəli tam orta məktəbin idman zalında Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun və Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "18 Oktyabr-Müstəqilliyin Bərpası Günü"nə həsr edilmiş ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov və Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının məsləhətçisi Vüqar Ağayev iştirakçıları salamlayaraq onlara uğurlar arzu etdi. Sonra birinciliyin qaydaları iştirakçılara izah olundu və yarışa start verildi.

Yekun nəticədə I yeri Sarvan kənd tam orta məktəbin komandası, II yeri Kürqaraqaşlı kənd tam orta məktəbin komandası, III yeri isə Salyan şəhər 2 nömrəli tam orta məktəbin komandası qazandı.Sonda qalib komandalar diplomlarla təltif edildilər.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...