Lənkəranda "Səhər idmanı" layihəsi çərçivəsində gimnastika üzrə səhər məşqləri keçirildi.
“Tehsil365” xəbər verir ki, oktyabrın 9-da şəhər sakinləri Gənclər və İdman Nazirliyinin təşəbbüsünə qoşularaq Lənkəran şəhər Heydər Əliyev Xatirə Parkında səhər idmanı edərək sağlam həyat tərzinə çağırış ediblər.
Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.