Təhsil 365 - Logo Mobile

Şəkidə səyyar “Sağlam həyat” aksiyası keçirilib

10509.10.2025 - 08:06
Şəkidə səyyar “Sağlam həyat” aksiyası keçirilib

Oktyabrın 8-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə səyyar “Sağlam həyat” avtomobili Şəki şəhərində olub. Aksiya çərçivəsində şəhər sakinləri müxtəlif idman növlərində öz qüvvələrini sınayıb, açıq hava məşqlərində iştirak ediblər.

Tehsil365” xəbər verir ki, tədbirin əsas məqsədi əhalinin sağlam həyat tərzinə marağını artırmaq, idmanın kütləviliyini təşviq etmək və gənclər arasında aktiv həyat tərzini təbliğ etmək olub.

Aksiya zamanı iştirakçılar üçün sağlam həyatla bağlı maarifləndirici söhbətlər aparılıb, həmçinin idman üzrə nümayişlər keçirilib. Ümumilikdə 100-dək sakin tədbirdə iştirak edib.

Sonda aktiv iştirak edən və fərqlənən vətəndaşlara sertifikatlar təqdim olunub.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...