Təhsil 365 - Logo Mobile

Ekspert - ''Jurnalistika qurban tələb edən məşğuliyyət sahəsidir''

14509.10.2025 - 13:14
Ekspert - ''Jurnalistika qurban tələb edən məşğuliyyət sahəsidir''

‘‘Jurnalistika əlbəttə ki, çətin və şərəfli peşədir.Çətinliyi ondadır ki, burada tam vicdanlı, obyektiv, dürüst tərəfsiz olmağı bacarmaq lazımdır”.

Bu fikirləri “Tehsil365“ə açıqlamasında Media üzrə ekspert Azər Həsrət deyib:

“İkinci bir tərəfdən də şərəflidir ona görə ki, cəmiyyətə, insanlığa xidmət edir. Yəni bu elə bir istedad tələb edir ki, burada təsadüfi adamlara yer yoxdur”.

“Bəzən deyirlər ki, oxuyub, təhsil alıb jurnalist olmaq istəyirik. Biz həmişə inanmışıq ki, jurnalistika sadəcə təhsillə olmur. Təhsil əlbəttə ki, jurnalistin yetişməsinə böyük töhvə verir, amma bir insanın jurnalistik qabiliyyəti anadangəlmə yoxdursa, o adam nə qədər oxusa da, jurnalist ola bilmir”.

“Xüsusən də vurğulamaq istərdim ki, bizim jurnalistika fakültələrini bitirən xeyli sayda adamlar tanıyıram ki, işləmək istəyiblər, bizə də müraciət ediblər. Sadəcə demişik ki, bir xəbər yazın. Lakin gördük ki, ortaya normal yazı çıxmır”.

Ekspert hesab edir ki, bu bir istedad məsələsidir:

“Bu istedad məsələsidir. Necə ki, şairliyi məktəbdə oxuyub öyrənmək olmur, bu doğuşdan gələn bir istedaddır..Jurnalistika da elədir”.

“Əlbəttə ki, çətinliyi öz yerində, amma istedad varsa, jurnalistikaya bağlılıq varsa, ümumiyyətlə, jurnalistika bir insanın yaşam tərzidirsə, onun bu sahədə özünü doğrultması çətin deyil. Vay o günə ki, adamın jurnalistika ilə yaxından uzaqdan əlaqəsi yoxdur, amma istəyir gedir ali təhsilini belə alır, amma nəticə olmur”.

Ekspert qeyd edir ki, bu sahənin çatışmazlıqları da var:

“Bu sahənin çatışmazlıqları deyəndə biz Dünyadan yox Azərbaycandan danışsaq, daha çox bizi narahat edən məsələ jurnalistlərin sosial təminatı məsələsidir”.

“Bəzən görürük ki, çox istedadlı, yüksək keyfiyyətli jurnalistlərimiz əmək haqqının azlığı səbəbindən jurnalistikanı buraxıb başqa sahədə iş axtarmaq məcburiyyətində qalırlar. Görürsünüzmü, jurnalistika həm də qurban tələb edən bir məşğuliyyət sahəsidir”.

Ekspert deyir ki, bu sahənin üstünlükləri də bunlardır:

“Jurnalist olan kəs cəmiyyətin daim önündə olur, hər bir məsələ haqqında məlumatlı olur, bir çox hallarda görürük ki, insanlar problemləri haqqında məs onlara üz tutur”.

Nəticə olaraq ekspert qeyd edir ki:

“Bu da bir növ bu zümrədən olan adamları seçilmişlər kateqoriyasına gətirib çıxarır”.

Leyla Ağakişiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...