Təhsil 365 - Logo Mobile

Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə keçirilir

9710.10.2025 - 17:02
Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə işə qəbul müsahibəsi keçirilir.

“Tehsil365” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsasən xəbər verir ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balını toplayanların sayının mövcud vakansiyalardan az olduğunu nəzərə alaraq minimum 34 bal toplayan namizədlər də müsahibəyə cəlb olunacaqlar.

Müsahibənin vaxtı və məkan haqqında məlumat minimum 34 bal toplayan namizədlərə də SMS vasitəsilə göndəriləcək.

Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri nəzərə alınacaq.

Müsahibəni uğurla keçən namizədlər müvafiq vakant yerlərə təyin olunacaqlar.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...