Təhsil 365 - Logo Mobile

"Azərbaycanda milli-mənəvi və dini dəyərlərin təbliği gənclərin dini savadlılığını artırır" - İlahiyyatçı

7011.10.2025 - 13:15
"Azərbaycanda milli-mənəvi və dini dəyərlərin təbliği gənclərin dini savadlılığını artırır" - İlahiyyatçı

Azərbaycanda milli-mənəvi və dini dəyərlərin təbliği dövlət və ictimai institutların birgə fəaliyyəti ilə həyata keçirilir. Bu sahədə əsas məqsəd dini savadlılığın artırılması, radikalizmə qarşı maarifləndirmə və milli kimliklə dini dəyərlərin uzlaşdırılmasıdır.

İlahiyyatçı-alim Samid Quliyev “Tehsil365”ə verdiyi açıqlamada bildirib ki, dövlət qurumları və Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə din xadimləri tərəfindən müxtəlif seminarlar, təlimlər və maarifləndirici tədbirlər keçirilir. Bu tədbirlər xüsusilə gənclərin dini və mənəvi baxımdan düzgün istiqamətləndirilməsinə xidmət edir.

İlahiyyatçı əlavə edib ki, nəticədə gənclər arasında dini savadlılıq artır, ifrat və təfriqə meyillərinin qarşısı alınır, milli həmrəylik və ailə dəyərlərinə hörmət güclənir. Dinin düzgün təqdimatı sayəsində cəmiyyətdə tolerantlıq, qarşılıqlı anlayış və birgəyaşayış mədəniyyəti möhkəmlənir.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...