Təhsil 365 - Logo Mobile

Masallıda “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib

6411.10.2025 - 13:45
Masallıda “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib

Oktyabrın 11-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.

Tehsil365” “Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi”nə istinadən xəbər verir ki, tədbirdə cüdo, sərbəst və yunan-Roma güləşi, yerindən uzununa tullanma və kəndirlə mübarizə kimi idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.

Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafın təşviqi, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...