Təhsil 365 - Logo Mobile

"Azad qadın heykəlinə" - Ramiz Rövşən

12312.10.2025 - 11:25
"Azad qadın heykəlinə" - Ramiz Rövşən

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ramiz Rövşən qadın azadlığını və gücünü şeirlərində təsvir edir. Onun “Azad qadın” şeiri də bu mövzunun ən parlaq nümunələrindəndir.

Tehsil365”xəbər verir ki, şeirdə qadın obrazı müstəqil, iradəli və həyatı sevən bir simvol kimi təqdim olunur. Ramiz Rövşən vurğulayır ki, qadın yalnız ailədə və cəmiyyətdə deyil, həm də mənəvi və sosial sahələrdə azadlıq və özünüifadə ilə fərqlənməlidir.

Ədəbiyyatşünaslar qeyd edirlər ki, bu cür şeirlər cəmiyyətin qadına olan hörmətini artırmaq, gənc nəsilləri qadın hüquqlarına hörmət etməyə təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır.

Qadın azadlığı - cəmiyyətin inkişafının əsas sütunudur, və Ramiz Rövşənin şeiri bu mesajı daha təsirli şəkildə çatdırır.

“Yox,sənin canın da daşdan deyilmiş

Gör səni nə günə qoydular, qadın.

Əvvəlcə çadranı açdılar sənin

Sonra paltarını soyundurdular…

Sonra səni soğan kimi qat- qat

Soydular, qadın

Zalımların gözü də yaşarmadı

Bu quldurlar içində,də,

Səni soymağı ,kim bacarmadı?

Bir sevginin işığı düşmüşdü üz – gözünə

Soydular ,o işığı da soydular

Qurmadığın ev – eşiyi

Doğmadığın uşağı da soydular…

Gör səni nə günə qoydular, qadın.

Sonra abrın,həyan soyuldu getdi,

Sonra səbrin, dözümün

Göz yaşları taladı,

Soydu getdi, gözünü

Gözlərin lümlüt qaldı.

Sonra gözlərindən öpdülər yenə

Adına nəğmələr qoşdular qadın

Səndən ötrüymüş sən demə

İnqilablar, savaşlar

Axan qanlar,

Kəsilən başlar, qadın.

İnqilabı neynirdin ki?

Sən özün inqilabsan

Sən başdan ayağacan oxunmamaış kitabsan.

kimsə səni gözlərindən

Oxumağa başladı Kimsə ayaqlarından

Amma heç kəs oxuyub sona çata bilmədi

Ortada ilişib qaldı hamısı.

Nə üstdən aşağı baxırsan bizə

Yoxsa bizi də sən doğmusan qadın

Sənin doğduqların azad deyilsə

Özün necə azad olmusan qadın?

Yox, sənin azadlığın yarımçıqdır deməli

Sən də yarımçıqsan biz də yarımçıq

Yaxşımız da pisimiz də yarımçıq

Sən bizi təzədən doğ, azad qadın heykəli

Amma cırtdan doğma

Sən bizi div doğ

Amma yarımçıq yox, bizi bütöv doğ

Onda sən də tamam azad olarsan

Ey mənim daş anam azad olarsan.”

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...