Təhsil 365 - Logo Mobile

Xocalıda “Mənəvi dəyərlər həftəsi” çərçivəsində ağacəkmə aksiyası keçirilib

6913.10.2025 - 13:55
Xocalıda “Mənəvi dəyərlər həftəsi” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunan “Mənəvi dəyərlər həftəsi” çərçivəsində Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası təşkil edilib.

Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Qarabağ Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Aksiyada 200-dən çox badam tingi əkilib.

Qeyd olunur ki, aksiya Qarabağın yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması və bölgənin təbiətinin bərpası istiqamətində həyata keçirilən işlərə töhfə məqsədi daşıyır.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...