Təhsil 365 - Logo Mobile

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

13513.10.2025 - 17:15
Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Tibb sahəsində ingilis dili" mövzusunda kursun birinci modulu keçirilir.

“Tehsil365” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

DEEP-in Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə mövzu ilə bağlı brifinqlər təqdim edilir.

Tədbirin əsas məqsədi beynəlxalq təcrübələrdən faydalanmaqla iştirakçıların ixtisas hazırlıqlarını yüksəltməkdir.

Qeyd edilib ki, sözügedən kurs oktyabrın 18-dək davam edəcək.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...