Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb.
“Tehsil365” "Report"a istinadla xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 5 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Üç gün davam edəcək yarışda 61 klub və idman cəmiyyətindən 587 idmançı (485 oğlan, 102 qız) qüvvəsini sınayır.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Paytaxt birinciliyi həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.