1891-ci ildə Kanadalı müəllim Ceyms Neysmit (James Naismith) tərəfindən icad edilən basketbol bu gün dünyanın ən populyar idman növlərindən biridir. Lakin bu oyunun ilk versiyası bugünkü basketboldan xeyli fərqli idi.
“Tehsil365” xəbər verir ki, basketbol icad edildikdən tam 21 il sonra topun atıldığı “vedrə”nin altına dəlik açmaq fikri meydana gəlib. O vaxta qədər oyunçular altı bağlı vedrəyə top atır, hər qol vurulduqdan sonra isə topu əl ilə çıxarmaq lazım olurdu.
Bu sadə, lakin ağıllı dəyişiklik - vedrənin altına dəlik açılması - oyunun sürətini artıraraq müasir basketbolun əsasını qoydu.
Bugün isə basketbol yalnız idman deyil, həm də milyonlarla insanın həyat tərzinə çevrilmiş qlobal bir fenomendir.