Təhsil 365 - Logo Mobile

BMT rəsmisi: “Təhsil dayanıqlı inkişafın aparıcı qüvvəsidir”

10014.10.2025 - 06:35
BMT rəsmisi: “Təhsil dayanıqlı inkişafın aparıcı qüvvəsidir”

“Dayanıqlı İnkişaf Məqsədləri (DİM) siyasətin yenilənməsi, əsas prioritetlərin müəyyənləşdirilməsi və nailiyyətlərin əldə edilməsində aparıcı istiqamət rolunu oynayır. DİM-lər ortaq yol xəritəmiz kimi çıxış edir, DİM dialoqları isə əməkdaşlıq ruhunu gücləndirərək maraqlı tərəfləri bir araya gətirib yeni həll yolları axtarmağa təşviq edir”.

“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən 7-ci DİM dialoqunda səsləndirib.

V.Andreyeva bildirib ki, təhsil həm ayrıca, həm də DİM-lərin 4-cü məqsədi kimi önəm daşıyır:

“Təhsil təkamülün aparıcı qüvvəsidir. O, yoxsulluğun qarşısının alınmasına, sosial həmrəyliyin və tolerantlığın təmininə xidmət edir. Azərbaycanın uzunmüddətli inkişaf baxışında da bu istiqamət öz əksini tapır. Bugünkü dialoqda təhsil sahəsinə sərmayələrin artırılması istiqamətində müzakirələr aparılacaq. Həmçinin DİM dialoqları üzrə broşur hazırlanıb və burada əvvəlki görüşlərin əsas tövsiyələri yer alıb.”

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...