Təhsil 365 - Logo Mobile

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

5714.10.2025 - 10:15
Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

“İqtisadi diversifikasiyanın yeni artım mənbələrinin formalaşdırılması üçün keyfiyyətli insan kapitalı və biliklərin tətbiqi zəruridir”.

Tehsil365” xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün keçirilən "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, BMT-nin Azərbaycandakı nümayəndəliyi, müxtəlif ali təhsil nümayəndələri və universitet rektorları iştirak edərək kifayət qədər məhsuldar müzakirə platforması yaratdılar:

"Əsas müzakirə mövzuları əmək bazarının dəyişən tələblərinə uyğun insan kapitalının yetişdirilməsi və ölkədə atılan addımlar idi. Təbii ki, tələblər daim dəyişir. Əmək bazarı iqtisadi inkişafın təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İqtisadi diversifikasiyanın yeni artım mənbələrinin formalaşdırılması üçün keyfiyyətli insan kapitalı və biliklərin tətbiqi zəruridir".

Onun sözlərinə görə, keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir.

"Təhsilə investisiyaların artırılması istiqamətində səylər səfərbər olunmalı və bu istiqamətdə müxtəlif məsələlər müzakirə edilməlidir", - deyə müşavir fikirlərini tamamlayıb.

Nərgiz Süleymanova

Новостная лента

На данный момент новостей в ленте нет...