Təhsil 365 - Logo Mobile

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

7714.10.2025 - 10:43
2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

Oktyabrın 13-də Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib.

“Tehsil365” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən iclasa aidiyyəti dövlət qurumlarının nümayəndələri də qatılıblar.

İclas çərçivəsində 2027–2030-cu illərdə təhsil sahəsində həyata keçirilməsi planlaşdırılan islahatlar, strateji fəaliyyət istiqamətləri və Tədbirlər Planı ətraflı şəkildə müzakirə olunub.

İclas zamanı sözügedən İşçi Qrupunun üzvləri tərəfindən müxtəlif istiqamətlər üzrə təkliflər təqdim olunub, mövcud problemlər və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.




Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...