Süni intellekt təhsil prosesini dəyişəcək.Süni intellekt çox geniş yayıldığı bu dövrdə təhsilə həm mənfi həmdə müsbət təsirlər göstərəcək.
Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.Onun sözlərinə görə ümumiyyətlə süni intellekt və müasir texnologiyalar yaxın illərdə tədris prosesini köklü şəkildə dəyişəcək.
“Hazırda süni intellekt və texnologiya təhsildə tətbiq olunur.İndiki dövrdə təhsilin müəyyən istiqamətləri elə bunun üzərində qurulub.Bu dəyişiklik həm müəllimin roluna,həmdə şagirdin öyrənmə tərzinə,eləcə də təhsil sisteminin strukturuna təsir göstərəcək.'“
“Süni intellekt hər bir şagirdin öyrənmə sürətinin maraqlarını,zəif və güclü tərəflərini analiz edərək ona fərdi tədris planı tərtib edə bilir.Məsələn: bir şagird riyaziyyatdan çətinlik çəkirsə,süni intellekt həmən sahə üçün məşq və izah təqdim edir.Digəri isə ədəbiyyatdan güclüdürsə,əgər ona daha dərin məzmun və yaradıcı tapşırıqlar verir.”
Ekspert hesab edirki:"Müəllim artıq məlumat verən tərəf deyil,bələdçi rolunda olacaq.Süni intellekt məlumatın təqdimatını qiymətləndirməni və fərdi tapşırıqları avtomatlaşdıracaq.Müəllim isə yaradıcı düşünməni,sosial bacarıqları həmçinin,tənqidi analizi qabiliyyətini formalaşdırmağa yönələcək.Virtual olaraq və artıq real texnologiyada şagirdlər tarix dərsində Romaya antik səyahət edə biləcək.Biologiya dərsində hüceyrənin içərisinə girə biləcək.Coğrafiya da Everest dağına bir növ qalxa biləcək.Bu qədər real illuziyalar təqdim etmək imkanı var.Buda öyrənməni daha praktik və yadda qalan edir. Süni intellekt sistemləri esse,test və yazı işlərini avtomatik qiymətləndirə bilir.Şagirdə dərhal rəy verə bilir.Onun bilik səviyyəsini və yaxud nəyi öyrənməli olduğunu bildirir.Bu həm müəllimin yükünü azaldır,həm də şagirdin davamlı öyrənmə prosesini sürətləndirə bilir.Texnologiya sayəsində dünyanın istənilən yerindən dərs keçmək, beynəlxalq kurslara qoşulmaq, müxtəlif ölkələrin müəllimləri ilə əməkdaşlıq etmək də mümkündür.”
“Bu isə təhsilin sərhədsiz və ədalətli olmasına şərait yaradır.Bununla yanaşı süni intellektin tədris inteqrasiyası bəzi problemlərdə yarada bilər:məlumat məxfiliyi,insan təmasının azalması, texnologiyadan hədsiz asılılıq, müəllimləri yenidən hazırlama ehtiyacı olması.Buna görə də bu keçid tənzimlənmiş və mərhələ şəklində aparılmalıdır."