Təhsil 365 - Logo Mobile

Coğrafiya İnstitutunda təcrübə keçən əcnəbi tələbələr Azərbaycanın bölgələrində ekskursiyada olublar

12314.10.2025 - 18:02
Coğrafiya İnstitutunda təcrübə keçən əcnəbi tələbələr Azərbaycanın bölgələrində ekskursiyada olublar

Almaniyanın Yustus Libix Gissen Universitetinin təcrübə keçmək üçün 1 ay müddətinə Azərbaycana, Coğrafiya İnstitutuna ezam edilmiş tələbələri Abşeronun Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu və Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.

“Tehsil365” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi Bəyimxanım Hüseynovanın müşayiəti ilə baş tutan səfər hər iki elmi müəssisə arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən təşkil edilib.

Əcnəbi tələbələr Azərbaycanın ən böyük vulkanı olan Torağay və qoruq ərazisində yerləşən aktiv kiçik palçıq vulkanları ilə tanış olaraq onların tarixi, tərkibi, müalicə turizmi məqsədilə istifadəsi haqqında ətraflı məlumat toplayıblar.

Azərbaycanın şimal-qərb zonasına səfər edən tələbələr təcrübə proqramının davamı olaraq Qəbələ rayonunun Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, Yeddi gözəl şəlaləsi, Durca kəndi, Vəndam qəsəbəsi, Cümə məscidi, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi və digər yerlərdə olublar.

Tələbələr daha sonra Şəkiyə gedərək Xan Sarayı, Cümə məscidi, Aşağı və Yuxarı Karvansaray, Kiş Alban məbədi və başqa əraziləri ziyarət ediblər. Səfərin son günü İsmayıllı Dövlət Təbiət Yasaqlığına ekskursiya ilə yekunlaşıb.

Əcnəbi tələbələr səfər etdikləri ərazilər haqqında materiallar toplayaraq onları sistemləşdiriblər.

Zəhra Feyzizadə

Новостная лента

На данный момент новостей в ленте нет...