Təhsil 365 - Logo Mobile

Dövlət bağçada 1 uşağa 4000 manat pul xərcləyir

11114.10.2025 - 10:38
Dövlət bağçada 1 uşağa 4000 manat pul xərcləyir

“Bu il peşə təhsili müəssisələrinə 27 mindən artıq tələbə qəbul olunub. Onların 84%-i dövlət sifarişli yerlər üzrə təhsil alacaq. Bizim ali təhsil müəssisələrinə isə tələbələrin yalnız 50%-i dövlət sifarişi üzrə qəbul olunur”.

Tehsil365“ xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, bir tələbəyə orta hesabla düşən xərcin məbləği 600-700 manatdır. Bəzi hallarda isə bir tələbənin illik xərcləri 2 700 manat olur.

“Ən çox xərclərimiz məktəbəqədər təhsil müəssisələrində olur. Burada bir uşağa təxminən 4000-4500 manat xərclənir. Bunun əsas səbəbi burada qida seqmentinin olmasıdır, yəni uşaqlara qida verilir. Bu səbəbdən də xərclər daha yüksəkdir”.

Leyla Ağakişiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...