Təhsil 365 - Logo Mobile

İmtahan stressi – yalnız bilik deyil, psixoloji dözümlülük sınağıdır

11114.10.2025 - 17:07
İmtahan stressi – yalnız bilik deyil, psixoloji dözümlülük sınağıdır

Həddindən artıq həyəcan və qeyri-real gözləntilər şagirdin diqqətini və yaddaşını zəiflədir, nəticədə real potensialını göstərməsinə mane olur. Mütəxəssislər bildirirlər ki, düzgün hazırlıq, sağlam həyat tərzi və psixoloji dəstək bu gərginliyi idarə etməyin əsas açarlarıdır.

“Tehsil365“ xəbər verir ki,imtahan stresi (və ya anksiyetəsi) psixologiyada fərdin əvvəlcədən öyrəndiyi bilikləri səmərəli şəkildə istifadə etməsinə mane olan və akademik müvəffəqiyyətin azalmasına səbəb olan həyəcan kimi təsvir edilir (Medicana, Güven Xəstəxanası). Normal səviyyədəki stres motivasiya yaratsa da, həddindən artıq narahatlıq diqqəti pozur və yaddaş problemlərinə gətirib çıxarır.

Səbəbləri

Əsas səbəblər arasında qeyri-real gözləntilər və mükəmməllikçi şəxsiyyət quruluşu ön plana çıxır (TÜRKİYE PSİKİYATRİ DERNEĞİ). Uğursuzluq qorxusu və "imtahan notum kim olduğumu göstərir" kimi dağıdıcı düşüncələr narahatlığı gücləndirir. Eyni zamanda, valideyn təzyiqi (akranlarla müqayisə, yüksək gözləntilər) uşağın özünü baskı altında hiss etməsinə səbəb olur.

Elmi İdarəetmə Yolları

Elmi mənbələr stresslə mübarizə üçün aşağıdakı strategiyaları təklif edir:

  1. Düzgün Hazırlıq və Zaman İdarəetməsi: Sınava səmərəli və davamlı hazırlıq (son günə saxlamamaq) stress simptomlarını əhəmiyyətli dərəcədə azaldır (Medicana).

  2. Fizioloji Tənzimləmə: Dərin nəfəs texnikaları (məsələn, 4-7-8 metodu) və müntəzəm fiziki fəaliyyət (idman) bədənin "döyüş və ya qaç" reaksiyasını sakitləşdirir və endorfinlərin ifrazını təmin edir (Doktorsitesi.az, Bazekol Sağlık Grubu).

  3. Həyat Tərzi: Yüksək performans üçün kifayət qədər yuxu (7-8 saat) və sağlam qidalanma (beyin üçün faydalı vitaminlər) fundamental əhəmiyyətə malikdir (Doktorsitesi.az, Acıbadem Sağlık Grubu).

Unutmaq olmaz ki, yüksək həyəcan zamanı psixoloji dəstək almaq (psixoterapiya) lazım ola bilər.

Raul Qarayev

Новостная лента

На данный момент новостей в ленте нет...