Təhsil 365 - Logo Mobile

Şuşa məktəbliləri SAF 2025-in finalında iştirak edəcəklər

10314.10.2025 - 19:46
Şuşa məktəbliləri SAF 2025-in finalında iştirak edəcəklər

Şuşa şəhərində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbin şagirdləri SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalının finalına vəsiqə qazanıblar. 

‘‘Tehsil365’’ xəbər verir ki, 4-cü sinif şagirdləri olan Nilay Məmmədli və Dəniz Nəsirova “VinCigo” komandasında “Gələcəyin mühəndisləri” kateqoriyası üzrə yarışa qatılıblar. 

Şagirdlər kateqoriya üzrə birinci seçim mərhələsində  məntiqi və dünyagörüşə aid olan 90 sualın 76-sına düzgün cavab verərək finala keçmək hüququ qazanıblar.

Səma Qarayeva

Новостная лента

На данный момент новостей в ленте нет...