Yardımlıda "Səhər İdmanı" layihəsi çərçivəsində gimnastika üzrə səhər məşqləri keçirildi.
“Tehsil365” xəbər verir ki, oktyabrın 15-də rayon sakinləri Gənclər və İdman Nazirliyinin təşəbbüsünə qoşularaq Yardımlı rayon Köryədi kənd ərazisində yerləşən idman meydançasında idman edərək sağlam həyat tərzinə çağırış ediblər.
Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.