Gürcüstanın Batumi şəhərində komandalar arasında keçirilən Şahmat üzrə Avropa çempionatı başa çatıb. Turnirdə Azərbaycan millisinin şahmatçıları uğurlu çıxışla yadda qalıb.
“Tehsil365” xəbər verir ki, kişilərdən ibarət komandamız yarışda 13 xal toplayaraq ikinci pillədə qərarlaşıb və gümüş medala layiq görülüb. Turnirin qalibi 15 xalla Ukrayna, bürünc mükafatçısı isə Serbiya olub.
Qadınlardan ibarət milli komandamız da çempionatda mübarizə apararaq yarışı 10-cu yerdə başa vurub.
Bu nəticə Azərbaycan şahmatının beynəlxalq arenada sabit uğurlarının davamı kimi dəyərləndirilir.