Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə Gənc Xarici Dil Müəllimləri Birliyinin təşkilatçılığı ilə “Xarici Dil Tədrisində Milli Kimlik və Suverenlik” mövzusunda forum keçirilib. Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov da iştirak edib.
“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.Forumda çıxış edən deputat Ceyhun Məmmədov milli kimliyin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından xarici dil tədrisinin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, xarici dilləri öyrənən gənclər Azərbaycanın mədəni irsini və milli dəyərlərini beynəlxalq səviyyədə layiqincə təmsil etməlidirlər.
Ceyhun Məmmədov belə tədbirlərin təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə, milli maraqların möhkəmlənməsinə və ölkəmizin beynəlxalq aləmdə daha layiqli təmsilinə töhfə verəcəyinə əminliyini ifadə edib.