Təhsil 365 - Logo Mobile

“GİNius tələbə-gənclər kuboku 2025” intellektual oyunu keçiriləcək

8515.10.2025 - 13:30
“GİNius tələbə-gənclər kuboku 2025” intellektual oyunu keçiriləcək

2025-ci ilin oktyabr–noyabr aylarında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Fibonacci” MMC-nin birgə təşkilatçılığı ilə “GİNius tələbə-gənclər kuboku 2025” intellektual-əyləncəli oyununun təşkili planlaşdırılır.

“Tehsil365” xəbər verir ki, bu haqda Gənclər və İdman nazirliyi fb səhifəsində bildirib.

Layihə “Konstitusiya və Suverenlik İli” və “Sumqayıt – Gənclər Paytaxtı 2025” çərçivəsində həyata keçiriləcək. Yarışın məqsədi tələbə-gənclərin intellektual potensialını inkişaf etdirmək, sağlam rəqabət mühiti formalaşdırmaq və komanda şəklində düşünmə bacarıqlarını təşviq etməkdir.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...