Naxçıvan Dövlət Universitetində 2025-ci il noyabrın 25-26-da “ixtisas” fənnindən doktorluq və “Fərq” imtahanlarının keçirilməsi planlaşdırılır.
“Tehsil365” “ndu.edu.az”a istinadən xəbər verir ki, imtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 14 noyabr 2025-ci il saat 18:00-a qədər Magistratura və doktorantura mərkəzinə müraciət etməlidirlər. Namizədlər müraciət ərizəsi, elmi rəhbərin razılıq rəyi və dissertasiyaya aid 20 sualın təsdiq protokolunu təqdim etməlidirlər.
İxtisaslar üzrə komissiyalar müvafiq tələblərə əsasən yaradılacaq. Komissiya yaradılmadığı halda doktorant və dissertantlar “ixtisas” fənnindən və “Fərq” imtahanını müdafiə şurasında verə biləcəklər.