Təhsil 365 - Logo Mobile

"Parla" proqramından 27 qız məzun olub

6615.10.2025 - 13:50
"Parla" proqramından 27 qız məzun olub

Təhsilin İnkişafı Fondunun (TİF) “NEQSOL Holding” ilə birgə həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının ikinci məzun günü keçirilib. Bu il proqramı 27 istedadlı gənc qadın uğurla başa vuraraq “Parla məzunları” sırasına qoşulub.

Tehsil365” “muallim.edu.az”a istinadən xəbər verir ki, məzun günündə “NEQSOL Holding”in nümayəndələri Meriç Tunc və Ana Nakaşidze, eləcə də TİF-in Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov iştirakçılarla görüşərək gələcək karyeralarında uğurlar arzulayıblar. Tədbir çərçivəsində məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.

“Parla” proqramı yalnız maddi dəstəklə kifayətlənmir, həm də iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş imkanlar təklif edir. Proqram çərçivəsində ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar üzrə təlimlər, “NEQSOL Holding” və qrup şirkətlərində təcrübə proqramları, “NEQSOL Academy” və “NEQSOL WellWave” platformalarına çıxış, eləcə də mentorluq düşərgəsi kimi imkanlar təmin edilir.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...