Təhsil 365 - Logo Mobile

Dövlət İmtahan Mərkəzində bu gündən elmi-metodik seminarlar fəaliyyətə başlayıb

10415.10.2025 - 16:10
Dövlət İmtahan Mərkəzində bu gündən elmi-metodik seminarlar fəaliyyətə başlayıb

15 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) fizika fənni üzrə ilk seminar keçirilib. Seminarın açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Tehsil365” bunu DİM-in məlumatına əsasəm xəbər verir.

Daha sonra DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva seminarın iş planı ilə bağlı çıxış edərək, burada aparılacaq müzakirələrlə iştirakçıları tanış edib. O, buraxılış və qəbul imtahanları proqramlarının hələ sentyabr ayından DİM-in saytında yerləşdirildiyini onların nəzərinə çatdırıb. Proqramlar hazırlanarkən müvafiq fənn kurikulumlarının təlim nəticələrinin və altstandartların tələblərinin nəzərə alındığını və əsas ədəbiyyat siyahısında yalnız dərsliklərin göstərildiyini qeyd edib.

Moderator Fatimə Məmmədova seminarda görüləcək işlər barədə ətraflı məlumat vermək üçün seminar rəhbəri professor Müsavər Musayevə söz verib. M.Musayev iştirakçıları məlumatlandırdıqdan sonra fizika üzrə fəlsəfə doktoru Əlövsət Rəcəbliyə söz verilib. Çıxışlardan sonra seminar iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.

15 oktyabr 2025-ci il tarixində rus dili və ədəbiyyat (rus bölməsi üzrə) fənləri üzrə də seminar keçirilib. Seminar rəhbəri Viktoriya Ələkbrova rus dili (tədris dili), filologiya üzrə fəlsəfə doktoru Hüseynov Qafar isə ədəbiyyat (rus bölməsi) fənni üzrə imtahan proqramını seminar iştirakçılarının nəzərinə çatdırıb, onların suallarını cavablandırıblar.

Növbəti həftə seminarlar öz işini davam etdirəcək.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...