Təhsil 365 - Logo Mobile

Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb

8915.10.2025 - 17:50
Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb

Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb.

“Tehsil365” "Report"a istinadla xəbər verir ki, yarışın son günündə daha 5 çəki dərəcəsində medalçıların adına aydınlıq gəlib.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə ümumilikdə paytaxtın 61 klub və idman cəmiyyətindən 587 idmançı (485 oğlan, 102 qız) qüvvəsini sınayıb.

Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. U-17 Bakı birinciliyi həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...