Təhsil 365 - Logo Mobile

Səbuhi Abdullayev:''Təhsilin gələcəkdə hər sahədə vacib olduğunu uşağa hər gün aşılamalıdır''

10715.10.2025 - 19:17
Səbuhi Abdullayev:''Təhsilin gələcəkdə hər sahədə vacib olduğunu uşağa hər gün aşılamalıdır''

Günümüzdə fikir ayrılıqları yaradan məqamlardan biri də təhsildə valideyinin rolu məsələsidir. Bu rol nədən ibarətdir? Nə dərəcə böyükdür?

Təhsil eksperti Səbuhi Abdullayev ‘’Tehsil365’’ə verdiyi açıqlamasında bildirib ki, bizim təhsil sistemimizdə valideyinlərin rolu çox böyükdür.

‘’Öncə ev tapşırıqları verilir, onlara baxmaq üçün isə valideyn şagirdi daim nəzarətdə saxlayır. Onlar həm uşaqların dərslərinə, həm də asudə vaxtlarına sistemli plan qurub, buna nəzarət etməlidir’’.

Ekspert düşünür ki, valideyinlər uşaqlarının həvəsini artırmaq üçün onlara daim gələcək hədəf və planlarından danışmalıdır.

‘’Bu uşaqların dərs məsuliyyətini itirməməsinə səbəb olur. Valideyn təhsilin gələcəkdə hər sahədə vacib olduğunu uşağa hər gün aşılamalıdır. Və ən sonda valideyn şagird və müəllim üçbucağı çox aktiv şəkildə inkişaf eləməlidir’’

Səma Qarayeva

Новостная лента

На данный момент новостей в ленте нет...