Təhsil 365 - Logo Mobile

Yunanıstanda lisey diplom sistemi 2026-cı ildə yenilənir

11516.10.2025 - 09:55
Yunanıstanda lisey diplom sistemi 2026-cı ildə yenilənir

Yunanıstan Təhsil Nazirliyi 2026-2027-ci tədris ilindən etibarən liseylərdə (yüksək məktəblərdə) istifadə olunan diplom sistemində dəyişiklik etmək qərarına gəlib.

Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Yeni sistemdə şagirdlər bütün lisey illərində (3 il boyunca) qiymətləndiriləcək, qiymətləndirmə yalnız imtahanla məhdudlaşmayacaq. Diplomu əldə etmək üçün tələbələrin həm yazılı imtahanlarda, həm layihə və tapşırıqlarda, həm iştirak və ümumi tədris performansında balanslı qiymətləndirilməsi nəzərdə tutulur.

Qiymətləndirmə prosesinə rəqəmsal sual bankı (question bank) və təsadüfi seçilmiş imtahan sualları da daxil olacaq. İstənilən sui-istifadəni önləmək üçün müstəqil nəzarət orqanı (independent authority) imtahanların düzgün keçirilməsini təmin edəcək.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...