Təhsil 365 - Logo Mobile

Atletika idman növü üzrə Astara rayon turniri keçirilib

10716.10.2025 - 05:18
Atletika idman növü üzrə Astara rayon turniri keçirilib

Oktyabrın 15-də Astara Dənizkənarı Park Bulvar Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında atletika idman növü üzrə Astara rayon turniri keçirilib.

Tehsil365” xəbər verir ki, tədbirin açılış mərasimində Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, Astara şəhər Ceyhun Babayev adına liseyin Fiziki tərbiyə müəllimi, yarışın baş hakimi, Atletika Federasiyasının Astara rayon nümayəndəsi, Atletika üzrə veteranlar arasında 5 qat Azərbaycan çempionu Rəşad Əliyev çıxış ediblər.

Çıxışlarda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin keçirdiyi turnirlər, idman tədbirləri barədə məlumat verilib, yarışın məqsədinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, Atletika idman növünün kütləviliyinin inkişaf etdirilməsi olduğu qeyd olunub.

Yarışda 15 məktəb komandasını təmsil edən 70 nəfər idmançı (onlardan 55 oğlan, 15 qız) mübarizə aparıb. Yarışda 300 metr məsafəyə qaçışda qızlar, 300, 500 və 1000 metr məsafəyə qaçışda oğlanlar mübarizə aparıb.

300 metr məsafəyə qızlar arasında qaçışda I yeri Nəhmətzadə Tunay, II yeri Mirzəyeva Samirə, III yeri Abdullazadə Fatimə, 300 metr məsafəyə oğlanlar arasında qaçışda I yeri Həsənli Ayxan, II yeri Məmmədov Camal, III yeri Cavadzadə Yusif, 500 metr məsafəyə oğlanlar arasında qaçışda I yeri Rəhimzadə Adəm, II yeri Əliyev Əli, III yeri Hüseynzadə Məhəmmədəli, 1000 metr məsafəyə oğlanlar arasında qaçışda I yeri Qulamov Yusif, II yeri Həsənzadə İskəndər, III yeri Abdullayev Nuran qazanıb.

Yekunda müxtəlif qaçış məsafələr üzrə I, II və III yerləri qazanan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...