Tovuz şəhəri N.Tusi adına Təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin 8-ci sinif şagirdi Hüseynzadə Cavid, Alpaqut döyüş sənəti üzrə keçirilən Azərbaycan birinciliyində I yer qazanaraq böyük uğura imza atıb.
“Tehsil365” xəbər verir ki, bu qələbə yalnız məktəbin deyil, bütün Tovuz rayonunun da qürurudur.
Cavidin bu uğurunda əməyi olan müəllim və məşqçilərə təşəkkür edir, gənc idmançımıza gələcək yarışlarda da daha böyük nailiyyətlər arzulayırıq!