Təhsil 365 - Logo Mobile

Sertifikasiya: "İxtisasını bilən müəllim yüksək bal toplayacaq"

5716.10.2025 - 09:00
Sertifikasiya: "İxtisasını bilən müəllim yüksək bal toplayacaq"

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri ötən günlərdə elan edilib.

Belə ki, müsahibə mərhələsindən tam bal toplayanlardan biri də Günel Eminlidir.

Tehsil365” xəbər verir ki,Günel Eminli özü haqqında bildirib":"Orta təhsilimi Ucar rayonu 6 nömrəli məktəbdə almışam. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) biologiya müəllimliyi ixtisası üzrə ali təhsil almışam.Hazırda 251 nömrəli tam orta məktəbdə işləyirəm. Artıq 7 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Sertifikasiya imtahanının test mərhələsindən 50, müsahibə mərhələsindən isə 40 bal toplamışam.

İmtahanla bağlı onu deyə bilərəm ki, heç bir çətinliyi yox idi. Müsahibə mərhələsi çox rahat keçdi. Test mərhələsində də suallar yaxşı tərtib edilmişdi. İxtisasımla bağlı heç bir çətinlik olmadı. Sadəcə kurikulum suallarında biraz çətinlik oldu. Özümdə onu kəşf etdim ki, həmin sualları daha da təkmilləşdirməliyəm.

Hesab edirəm ki, müəllim daim öz üzərində işləməlidir. Əgər bir müəllim məktəb sistemində yaxşı keçdiyi halda imtahanda yaxşı nəticə əldə edə bilmirsə, demək ki, hardasa boşluqlar var. Ona görə də daim öz ixtisası üzrə işləməlidir. Düşünürəm ki, bir müəllim təkcə məktəb səviyyəsində deyil, daha biliklərini genişləndirməlidir.

Özüm sertifikasiya imtahan prosesinə müəllim hazırlaşdırıram. Test mərhələsindən daha yüksək bal gözləyirdim, amma müsahibədən topladığım bal gözlənilən idi. Təhsilverənlərin sertifikatlaşdırılması prosesini bir müəllim kimi yaxşı qiymətləndirirəm. Çünki bir müəllim öz üzərində çalışmalı olduğunun daha da fərqinə varır. Harada boşluqların olduğu bilir və görür.

Əgər sertifikasiya imtahanında bir müəllim aşağı nəticə toplayırsa, deməli özündə olan boşluqları görmüş olur. Onun inkişaf etdirilməsi üçün üzərində çalışmağa başlayır.İxtisasını bilən müəllim imtahandan yüksək balla keçəcək. Özünə inanan və inkişaf etdirməkdə olan müəllim yüksək bal toplayar”.

Nərgiz Süleymanova

Новостная лента

На данный момент новостей в ленте нет...