Təhsil 365 - Logo Mobile

“Valideyn-müəllim əməkdaşlığı uğurlu təhsilin əsas dayağıdır”-ekspert

9316.10.2025 - 11:30
“Valideyn-müəllim əməkdaşlığı uğurlu təhsilin əsas dayağıdır”-ekspert

Uşaqların təhsil uğurlarına yalnız məktəbin deyil, ailənin də təsiri danılmazdır. Müasir təhsil yanaşmaları göstərir ki, şagirdin motivasiyası, davranışı və akademik nailiyyəti ailə və müəllim arasındakı əməkdaşlıqdan asılıdır.

“Tehsil365”ə açıqlamasında pedaqogika üzrə ekspert Rasim Həsənli bu məsələyə xüsusi diqqət çəkib:

“Uşağın təkcə qiyməti ilə maraqlanmaq kifayət deyil. Valideyn övladının dərsə münasibətini, maraqlarını, qarşılaşdığı çətinlikləri bilməlidir. Müəllimlə sıx əlaqə uşağın inkişafı üçün vacibdir.”

Ekspert qeyd edib ki, təhsil təkcə məktəbdə baş verən proses deyil, bu, ailə ilə birgə formalaşan mədəniyyətdir:

“Ailədə öyrənməyə müsbət münasibət varsa, uşaq da dərsə məsuliyyətlə yanaşır. Valideynin məktəblə daimi ünsiyyəti həm intizamı, həm də akademik nailiyyətləri artırır.”

Rasim Həsənlinin fikrincə, bu əməkdaşlıq təkcə toplantılarla bitməməli, hər gün davam edən qarşılıqlı hörmətə əsaslanmalıdır.

Aydan Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...