Təhsil 365 - Logo Mobile

Oğuzda “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib

10816.10.2025 - 13:07
Oğuzda “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib

16 oktyabr 2025-ci il tarixində Oğuz rayon MKS-nin 7 nömrəli Xalxal kənd kitabxanası və klubun əməkdaşlarının birgə təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa təşkil olunub.

Tehsil365” xəbər verir ki, tədbirdə müxtəlif yaş qruplarından olan şagirdlər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra kitabxanaçı və klub əməkdaşı çıxış edərək dövlət müstəqilliyimizin tarixi əhəmiyyətindən, xalqımızın azadlıq uğrunda mübarizəsindən və bu gün əldə olunan nailiyyətlərdən danışıblar.

Tədbir iştirakçıları müstəqilliyimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparıblar.

Tədbirdə ümumilikdə 15 nəfər iştirak edib.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...